×
A
A
A
Sazlamalar

Gələn il OPEC-in neft tələbatının gündəlik 31,5 milyon barrel olacağı gözlənilir

Bakı, 13 noyabr, Nihad Budaqov, AZƏRTAC 

2019-cu ildə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə xam neft tələbatının sutkada 31 milyon 500 min barrel olacağı nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbatı isə bu illə müqayisədə 1 milyon 290 min barrel artaraq gündəlik 100 milyon 80 min barrelə çatacaq.

Neft - qaz 2018-11-13 16:52:00