×
A
A
A
Sazlamalar

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatası əməkdaşlığı genişləndirir

Bakı, 13 noyabr, AZƏRTAC

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə agentliyin direktor əvəzi Amil Əlili ölkədə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, həyata keçirilən layihələr və əldə olunan nəticələr barədə məlumat verib. O, həmçinin əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman peşə təhsilinin inkişaf etdirilməsi məqsədilə bir sıra ixtisaslar üzrə tədris proqramlarının - kurikulumların hazırlanması, peşə hazırlığı infrastrukturunun genişləndirilməsi, “dual” peşə təhsili və təlimi potensialının gücləndirilməsi istiqamətində agentliklə əməkdaşlığa hazır olduqlarını bildirib.
Sonra peşə təhsili sahəsində birgə əməkdaşlıq barədə geniş fikir mübadiləsi aparılıb.

Elm və təhsil 2018-11-13 16:26:00