×
A
A
A
Sazlamalar

Sosial şəbəkələr şəxsiyyətin deqradasiyasına səbəb olur

Bakı, 13 noyabr, AZƏRTAC

Alimlər müəyyən ediblər ki, sosial şəbəkələrdən həddindən artıq istifadə edənlər, xüsusən müxtəlif şəkillər və şelfi yerləşdirənlər narsissizmin inkişafı problemi ilə qarşılaşır. “The Daily Mail” qeyd edir ki, Suonsi və Milan universitetlərinin əməkdaşları bu nəticəyə gəliblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ekspertlər dörd ay ərzində 18-34 yaş arasında olan 74 insanın xarakterindəki dəyişikliyi və onların sosial şəbəkələrdən istifadə tezliyini araşdırıblar. Məlum olub ki, sosial şəbəkələrdən həddindən çox istifadə bu insanların 25 faizinin xasiyyətində narsissist keyfiyyətlər formalaşdırıb.
Narsissizm, öz növbəsində, öz hüquqları və başqalarını öz maraqları üçün istifadə etməklə bağlı eksqibisionizm, xüsusi destruktiv etiqad problemləri yaradır. Maraqlıdır ki, mənfi effektlər yalnız öz rəsmlərini yerləşdirən istifadəçilərdə rast gəlinir. Narsissizm sindromu gücləndikdən sonra isə bu insanlar daha çox statuslar yerləşdirməyə başlayırlar.
Bir nəfər istisna olmaqla bütün könüllülər sosial şəbəkə istifadəçiləri olub. Onlar orta hesabla 3 saatını bu məşğuliyyətə sərf ediblər. Bəziləri isə hər gün 8 saatını sosial şəbəkələrdə keçiriblər. Onların üçdəikisi bu şəbəkələrdən fotoşəkil yerləşdirmək üçün istifadə edib.

Sağlamlıq klubu 2018-11-13 16:23:00