×
A
A
A
Sazlamalar

Sevilya kafedral kilsəsi 150 ispan məbədi arasında ən yaxşısı adlandırılıb

Madrid, 13 noyabr, AZƏRTAC

İspaniyanın ən gözəl məbədinin seçilməsi ilə bağlı keçirilən müsabiqədə 15 mindən çox insanın rəyi öyrənilib.
AZƏRTAC xəbər verir ki, “La Cámara del Arte” layihəsi çərçivəsində maarifləndirmə məqsədilə təşkil edilən müsabiqənin gedişində Sevilya baş kilsəsi Santyaqo-de-Kompostela kafedral kilsəsini üstələyə bilib.
Bir ay davam edən səsvermədə iştirakçılar İspaniyanın 102 məbədi arasında seçim aparıblar, nəticədə Sevilyanın “Magna Hispalensis” kilsəsi bu fəxri titula layiq görülüb. Sevilyanın bu daş möcüzəsini həm “Twitter”, həm də “Instagram”da səs verənlərin 70 faizi bəyənib.
2016-cı ilin aprelindən həyata keçirilən “La Cámara del Arte” layihəsi Sevilya Universitetindən məzun olmuş 6 sənətşünasın təşəbbüsü ilə başlanılıb. Layihə məktəblilərə, tələbələrə və İspaniyda mədəni irs sahəsində öz biliklərini genişləndirmək istəyən hər kəsə kömək məqsədi daşıyır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Mədəniyyət 2018-11-13 15:25:00