×
A
A
A
Sazlamalar

“Nərimanov” elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Bakı, 13 noyabr, AZƏRTAC

“Bakı Metropoliteni” QSC-nin “Nərimanov” elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “Nərimanov” elektrik deposunda aparılan yenidənqurma işləri qatarların texniki-baxış qanovlarında davam etdirilir.
Son illərdə metropolitenin yeganə elektrik deposu texnoloji cəhətdən sürətlə dəyişməkdədir. Buna qədər yeni nümunəvi anbar təsərrüfatı sahəsi, elektrik yarımstansiyası, qatarların əsaslı təmiri sexi kimi əhəmiyyətli sahələr yaradılıb. Yaxın gələcəkdə isə “Thales” şirkətinin iştirakı ilə işarəvermə avadanlıqlarının yeni nəsil analoqları tətbiq ediləcək. Yeni sistemlərin qoşulması ilə dispetçer mərkəzləşmə məntəqəsinin tamamilə yeni əsaslarla qurulması işləri də aparılır. Məntəqənin yerləşəcəyi binanın inşası artıq başa çatmaq üzrədir.

Nəqliyyat 2018-11-13 14:30:00