×
A
A
A
Sazlamalar

® Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin

Əmanət yerləşdirən müştərilər artıq 15 gündür ki, "AtaBank" ASC-nin "25-ci il əmanəti" kampaniyasından faydalanırlar.
Əmanətçilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğə uyğun olaraq hədiyyə seçimi edirlər.
Artıq kampaniya çərçivəsində – 131 İsma Bikes, 39 iPhone X, 18 iPhone Xs və müxtəlif hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunub.
Xatırlatmaq istərdik ki, "AtaBank"da əmanət yerləşdirən müştərilərə veriləcək hədiyyələr aşağıdakılardır: iPhone X və Xs, İsma Bikes, Excelsior Hotel, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA, Shamakhi Palace Sharadil, Quba Palace, Garabag Resort & SPA otellərində istirahət və Uludağ / Şarm-Əl-Şeyx / Dubay istiqamətlərinə səyahət paketləri.
Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və dekabrın 28-dək qüvvədədir.
WhatsApp istifadəçiləri "AtaBank"ın WhatsApp əlavəsinə bağlı olan 050 9999136 telefon nömrəsinə yazaraq kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilərlər.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC 100 faiz yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Maliyyə 2018-11-13 14:26:00