Şahin Mustafayev: 2019-cu ildə tədiyyə balansının cari hesabının müsbət olacağı proqnozlaşdırılır
Bakı, 13 noyabr, AZƏRTAC
Neft və qeyri-neft sektorunun inkişafı amilləri nəzərə alınmaqla 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faiz, növbəti illərdə orta hesabla 3,4 faiz artacağı, tədiyyə balansının cari hesabının müsbət olacağı, 3,9 milyard ABŞ dolları məbləğində proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Şahin Mustafayev 2019-cu ilin dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı bildirib.
Nazir deyib ki, ortamüddətli dövr üçün ölkənin iqtisadi proqnozları hazırlanarkən kompleks iqtisadi islahatların davam etdirilməsi, bank sektorunun inkişafı, makroiqtisadi sabitliyə təsir edən xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülüb, növbəti ildə inflyasiyanın 3,8 faiz olacağı proqnozlaşdırılıb.
Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib
Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO
Barbadosun Baş naziri: COP prezidentləri üçlüyünün yaradılmasını yüksək qiymətləndiririk VİDEO
Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib