×
A
A
A
Sazlamalar

İspaniyada pirotexnika fabrikində partlayış nəticəsində 3 nəfər həlak olub

Madrid, 13 noyabr, AZƏRTAC

İspaniyanın Quadiks bələdiyyəsində (Əndəluz muxtar ərazisi, Qranada əyaləti) pirotexnika fabrikində partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, partlayış nəticəsində azı 3 nəfər həlak olub. Hadisə baş verən zaman müəssisənin ərazisində daha azı 3 nəfər olub, lakin bu şəxslər zərər çəkməyib.
Hadisə yerində xilasedicilər, polis və həkimlər işləyir. Partlayışın səbəbi hələlik məlum deyil.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Dünya 2018-11-13 14:18:00