×
A
A
A
Sazlamalar

Solari son 89 ildə “Real”da ən yaxşı nəticə göstərib

Bakı, 13 noyabr, AZƏRTAC

Madridin “Real” futbol klubunun baş məşqçisi vəzifəsini icra edən Santyaqo Solari bu klubda son 89 ildə ən yaxşı debüt nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, “Kral klubu” Solarinin rəhbərliyi ilə keçirdiyi ilk 4 matçda topların fərqi 15-2 olmaqla 4 qələbə qazanıb. Bu, 1929-cu ildən bəri yeni məşqçi zamanı klubun ən yaxşı nəticəsidir.
Solari “Real”a oktyabrın 29-dan başçılıq edir. Madrid klubu onun rəhbərliyi ilə İspaniya Kubokunda “Melilya” (4:0), Çempionlar Liqasında “Viktoriya Plzen” (5:0), həmçinin İspaniya Çempionatında “Valyadolid” (2:0) və “Selta” (4:2) komandalarına qalib gəlib.
Xatırladaq ki, “Real”ın baş məşqçisi vəzifəsində Solari istefaya göndərilmiş Xulen Lopeteqanı əvəz edib. Yaxın vaxtlarda Solari Madrid komandasının daimi baş məşqçisi kimi təsdiq edilə bilər.

İdman 2018-11-13 13:08:00