×
A
A
A
Sazlamalar

Avropa Həndbol Federasiyasının deleqatı İsgəndər Əsgərov yeni təyinat alıb

Bakı, 13 noyabr, AZƏRTAC

Avropa Həndbol Federasiyasının (EHF) deleqatı İsgəndər Əsgərov yeni təyinat alıb.
AZƏRTAC Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, İ.Əsgərov kişi həndbolçuların “Challenge Cup” turnirinin üçüncü mərhələsində “Masheka” (Belarus) və “Dobrudja” (Bolqarıstan) komandalarının görüşlərində EHF nümayəndəsi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, noyabr ayının 16-sı və 17-də Belarusun Mogilyov şəhərinin “Olimpiets” İdman Kompleksində keçiriləcək oyunları Angelos Arguridis və Kristos Mouttasdan ibarət kiprli hakimlər briqadası idarə edəcək.

 

İdman 2018-11-13 12:58:00