×
A
A
A
Sazlamalar

Beynəlxalq Enerji Agentliyi: 2040-cı ildə qlobal neft tələbatı sutkada 106,3 milyon barrelə çatacaq

Bakı, 13 noyabr, Nihad Budaqov, AZƏRTAC

2040-cı ildə qlobal neft tələbatı gündəlik 106 milyon 300 min barrelə yüksələcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “World Energy Outlook 2018” hesabatında deyilir.
Hesabata görə, qlobal enerji mənbələri arasında ən böyük tələbat yenə də neftdə formalaşacaq. Belə ki, ötən il orta hesabla 94 milyon 800 min barrel olan gündəlik qlobal neft tələbatı 11 milyon 500 min barrel artaraq 2040-cı ildə 106 milyon 300 min barrelə çatacaq. Qlobal neft tələbatına görə ilk sırada gündəlik 39 milyon 500 min barrel ilə Asiya-Sakit okean regionu olacaq. İkinci yerdə sutkalıq 19 milyon 300 min barrel tələbatla Şimali Amerika qərarlaşacaq.
2040-cı ilə qədər dünyada neftə olan tələbat ən çox Asiya-Sakit okean regionunda artacaq və bu, gündəlik 9 milyon barrel olacaq. Yaxın Şərq isə tələbat sutkada 3 milyon 200 min barrel artacaq.

 

Neft - qaz 2018-11-13 12:43:00