×
A
A
A
Sazlamalar

Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada baş verən yanğın söndürülüb

Bakı, 13 noyabr, AZƏRTAC 

Noyabrın 13-də səhər saatlarında Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada baş verən yanğın tam söndürülüb.
AZƏRTAC xəbər verir ki, yanğın üçmərtəbəli binada qeydə alınıb. Alovun qarşısı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən alınıb, binanın qalan hissəsi yanğından mühafizə olunub.
İlkin məlumata görə, hadisə nəticəsində ölən və xəsarət alan olmayıb, bir neçə mənzilə ziyan dəyib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Hadisə 2018-11-13 11:57:00