×
A
A
A
Sazlamalar

AFFA-nın əməkdaşı beynəlxalq oyuna təyinat alıb

Bakı, 13 noyabr, AZƏRTAC

AFFA-nın hakimlər departamentinin sədri Fritz Stuçlik beynəlxalq oyuna təyinat alıb.
AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində keçiriləcək “Zenit” (Rusiya) – “Kopenhagen” (Danimarka) oyununun hakim-inspektoru F.Stuçlik olacaq.
Görüş noyabrın 29-da Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçiriləcək.

İdman 2018-11-13 11:46:00