×
A
A
A
Sazlamalar

“START”da ilk dəfə filmlərin “Cinemobil” onlayn yarışması keçiriləcək

Bakı, 13 noyabr, AZƏRTAC

Bakıda reallaşacaq IX “START” Beynəlxalq Qısametrajlı Filmlər Festivalı çərçivəsində ilk dəfə olaraq “Cinemobil” onlayn yarışması da keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu məlumatı festivalın direktoru Fehruz Şamıyev açıqlayıb. O deyib ki, onlayn yarışmaya təqdim olunmuş 15 ekran əsərindən yalnız 3-ü birincilik uğurunda mübarizə aparacaq. Müsabiqənin bu bölməsində qaliblər tamaşaçıların onlayn səsverməsi yolu ilə müəyyən ediləcək. Filmlər artıq noyabrın 10-dan etibarən festivalın “Facebook” səhifəsində yerləşdirilib. Səsvermə noyabrın 16-dək davam edəcək. Müsabiqənin qalibinə “Tamaşaçı rəğbəti” mükafatı təqdim olunacaq.
Yerli kinematoqrafçılara ideyalarını reallaşdırmağa kömək məqsədilə festivalın elan etdiyi “Pitçinq”ə isə 10 kino layihəsi təqdim olunub ki, onlardan 4-ü müzakirəyə çıxarılacaq.

Teatr və kino 2018-11-13 04:53:00