×
A
A
A
Sazlamalar

İtaliyan qadın ilk dəfə Massaçusets Texnologiya İnstitutunun ən yaxşı innovatorları sırasında

Roma, 13 noyabr, AZƏRTAC

İtaliyalı təbiətşünas Françeska Santaro ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun “MIT Technology Review” jurnalı tərəfindən hər il tərtib edilən 35 yaşadək ən yaxşı innovatorlar siyahısına düşən ilk italiyalı qadındır.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, İtaliyanın Texnologiya İnstitutunda çalışan Françeska Santaro yanmış dərinin sağalmasını sürətləndirən günəş plastırlarını (solar plasters) icad etdiyinə görə müvafiq siyahıya düşüb.
“Bu siyahıya düşən ilk italyan qadın olduğum üçün qürur duyuram. Bu təcrübə İtaliyada yaxşı tədqiqatlar apara biləcəyimizi göstərir”, – deyə Françeska Santaro ANSA-ya müsahibəsində söyləyib.

 

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Texnologiya 2018-11-13 01:55:00