×
A
A
A
Sazlamalar

Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

Bakı, 13 noyabr, AZƏRTAC
Londonda şahmat üzrə dünya çempionu adı uğrunda mübarizə davam edir.
AZƏRTAC xəbər verir ki, noyabrın 12-də üçüncü partiyada ağ fiqurlarla oynayan ABŞ təmsilçisi Fabiano Karuana norveçli Maqnus Karlsen ilə 49-cu gedişdə heç-heçə edib.
Şahmatçılar ilk iki partiyada da xalı yarı bölüblər. Beləliklə, ilk üç oyunun nəticəsinə görə hesab bərabərdir – 1,5:1,5.
Dördüncü partiya noyabrın 13-də oynanılacaq.
Noyabrın 28-dək davam etməsi nəzərdə tutulan yarış vaxta klassik üsulla nəzarət edilən 12 partiyadan ibarət olacaq. Hər iki partiyadan sonra bir istirahət günü planlaşdırılır. On iki partiyadan sonra hesab heç-heçə olarsa, tay-brek təyin ediləcək.
Oyunun ümumi mükafat fondu 1 milyon ABŞ dolları məbləğindədir. Qalib şahmatçıya 600 min, məğlub olana isə 400 min dollar mükafat veriləcək.

İdman 2018-11-13 00:43:00