×
A
A
A
Sazlamalar

“Ukrayna radiosu”nda Azərbaycanın Konstitusiya Günü ilə bağlı geniş məlumat verilib

Kiyev, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də “Ukrayna radiosu”nda Azərbaycan Respublikasının Konstitusiya Günü ilə bağlı geniş məlumat verilib.
AZƏRTAC xəbər verir ki, radionun səhər verilişində Azərbaycanın müstəqillik əldə etməsindən sonra respublikada yeni Konstitusiyanın hazırlanması zərurətindən danışılıb. Qeyd olunub ki, 1995-ci ilin mayında Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırılıb. Komissiyanın hazırladığı Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verilib. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilib. Həmin vaxtdan etibarən hər il noyabrın 12-si Azərbaycanda Konstitusiya Günü qeyd olunur.
Daha sonra verilişdə Azərbaycanın milli musiqisi səsləndirilib.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2018-11-12 23:25:00