×
A
A
A
Sazlamalar

Kənd təsərrüfatı naziri Tərtər rayonunda bölgə vətəndaşları ilə görüşəcək

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 17-də Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-352-65-01) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.

Kənd təsərrüfatı 2018-11-12 17:00:00