×
A
A
A
Sazlamalar

Zaza Vaşakmadze: Gürcüstanda dini münasibətlərin formalaşmasında müsəlman icmasının böyük rolu olub

Tbilisi, 12 noyabr, AZƏRTAC
Gürcüstanda dini münasibətlərin formalaşmasında ölkədəki müsəlman icmasının böyük rolu və xidmətləri olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze söyləyib.
O bildirib ki, Gürcüstanda müsəlmanların sayı 400 min nəfərdən çoxdur və onlar ölkə əhalisinin təqribən 11 faizini təşkil edirlər. Müsəlmanlar ölkədə ikinci ən böyük dini icmadır. Çox yaxşı və sevindirici haldır ki, Gürcüstanda müxtəlif məshəblərə məxsus müsəlmanlar bir təşkilatda birləşiblər və bir məsciddə ibadət edirlər.
Agentlik sədri bildirib ki, Gürcüstan hökuməti ölkənin müsəlman icmasına hər zaman xüsusi diqqət və qayğı göstərib bu diqqət bundan sonra da davam edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Din 2018-11-12 11:46:00