×
A
A
A
Sazlamalar

Daşkənddə keçirilən sərgidə “Azərçay” brendi ilə müxtəlif növ çay məhsulları nümayiş etdirib

Daşkənd, 10 noyabr, AZƏRTAC

Daşkənddə “Ərzaq məhsulları, içkilər, yeyinti sənayesi, qablaşdırma, kənd təsərrüfatı” sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə, Rusiya, İtaliya, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Çin, Koreya, Belarus, Qazaxıstan, Ukrayna, Özbəkistan və digər ölkələrdən 80 şirkət iştirak edib.
Sərginin iştirakçıları arasında “Azərsun Holdinq” Şirkətlər Qrupu da “Azərçay” brendi ilə müxtəlif növ çay məhsullarını nümayiş etdirib.
İştirakçılar bu məhsullara böyük maraq göstərib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Sənaye 2018-11-10 18:51:00