×
A
A
A
Sazlamalar

"Finoko BOKT" Bakı Fond Birjasında ticarətdən çıxarılıb

Bakı, 10 noyabr, AZƏRTAC
"Finoko BOKT" ASC Bakı Fond Birjasında (BFB) ticarətdən çıxarılıb.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, Listinq Komitəsinin qərarı ilə "Finoko BOKT" ASC-nin sənədsiz, adi, adlı səhmləri Bakı Fond Birjasında ticarətdən çıxarılıb. ASC-nin ticarətdən çıxarılan qiymətli kağızlarının sayı 100 min ədəddir.

Maliyyə 2018-11-10 10:50:00