×
A
A
A
Sazlamalar

Cari ildə Bakıda maşın və avadanlıqların istehsalı azalıb

Bakı, 10 noyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında Bakıda maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 121,3 milyon manatlıq məhsul istehsal edilib. Maşın və avadanlıqların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 95,9 faiz azalıb.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən fəvvarə armaturu 7 dəfə, mancanaq dəzgahların istehsalı 3 dəfə, soyuducu və dondurucu avadanlığın istehsalı 50,4 faiz, ştanqlı quyu nasoslarının istehsalı 1,9 faiz artıb, odsöndürənlərin istehsalı isə 50,2 faiz azalıb.

Nəqliyyat 2018-11-10 06:03:00