×
A
A
A
Sazlamalar

Mərkəzi Bank 350 milyon manat cəlb edir

Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 12-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,76-9,74 təşkil edir.

Maliyyə 2018-11-10 02:53:00