Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

UEFA Avropa Liqası: “Beşiktaş” “Genk”lə heç-heçə edib

Bakı, 8 noyabr, AZƏRTAC

UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinin dördüncü turu çərçivəsində Türkiyənin “Beşiktaş” futbol klubu Belçikanın “Genk” komandası ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşmanın ilk hissəsinin 16-cı dəqiqəsində Quaresma “Beşiktaş”ı hesabda irəli çıxarıb – 1:0. Oyunun birinci hissəsi bu hesabla başa çatıb. İkinci hissədə isə “Genk”in futbolçusu Berge hesaba tarazlıq gətirib 1:1. Oyunda başqa qol vurulmayıb.
Beləliklə, 4 oyundan sonra UEFA Avropa Liqasının I qrupunda 4 xal qazanan “Beşiktaş” sonuncu sırada yer alıb. “Genk” (4 oyun, 7 xal) birinci, “Sarpsborg” (4 oyun, 5 xal) ikinci, “Malmoe” (4 oyun, 5 xal) üçüncü yerdə qərarlaşıb.

İdman 2018-11-08 23:57:00