Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan karateçisi dünya çempionatının finalına yüksəlib

Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan milli komandasının para-karate üzrə dünya çempionatında çıxışı uğurlu alınıb.
Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Sahib Əhədov 40.5 xal toplayaraq öz qrupunun qalibi olmaqla finala yüksəlib. Noyabrın 10-da onun rəqibi ispan idmançısı olacaq.
Para-karate üzrə dünya çempionatında rekord sayda - 33 ölkədən 100 idmançı iştirak edir. Azərbaycan bu yarışda bir karateçi ilə təmsil olunur.

İdman 2018-11-08 22:39:00