Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Avstriya Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Bernd Aleksandr Bayerl ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər. Söhbət zamanı iqtisadiyyat, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı münasibətlərin dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub. İki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.
Səfir Bernd Aleksandr Bayerl etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Nazir Avstriyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Siyasət 2018-11-08 22:05:00