Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Škoda” Bolqarıstan və Türkiyədə avtomobillər istehsal edə bilər

Praqa, 8 noyabr, AZƏRTAC

Almaniyanın “Volkswagen” avtomobil konserni Çexiyanın hüdudlarından kənarda yeni “Škoda” zavodu tikməyi planlaşdırır. Yeni istehsal müəssisəsinin yerləşəcəyi ehtimal edilən ölkələrin sırasında Bolqarıstan və Türkiyənin adı çəkilir.
AZƏRTAC bu barədə “Handelsblatt” alman nəşrinə istinadla xəbər verir.
Ehtimal olunur ki, qərar bir neçə həftə ərzində qəbul ediləcək. “Volkswagen”in Müşahidə Şurasının növbəti iclası noyabrın ortalarında keçiriləcək.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Dünya 2018-11-08 21:50:00