×
A
A
A
Sazlamalar

Yeni İstanbul aeroportundan Bakıya ilk aviareys həyata keçirilib

Bakı, 8 noyabr, Elvin Camalov, AZƏRTAC

Yeni İstanbul hava limanından Bakıya ilk aviareys həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, İstanbul vaxtı ilə saat 09:30-da havaya qalxan təyyarə yerli vaxtla saat 13:25-də Bakıda enib.
Uçuş "Boeing-738" təyyarəsi ilə həyata keçirilib, Bakı-İstanbul-Bakı reysinə biletlərin qiyməti 109 avrodur. İstanbuldan Bakıya gələn təyyarəyə biletlərin 90 faizi satılıb.
Qeyd edək ki, "İstanbul Hava Limanı" oktyabrın 29-da açılıb, ilk ölkəxarici uçuşlar Şimali Kipr Türk Respublikasına və Azərbaycana həyata keçirilib.
Cari il dekabrın 31-i yerli vaxtla saat 00:00-dan İstanbulun Atatürk hava limanından bütün uçuşlar dayandırılacaq və həmin vaxtdan bütün yük və sərnişindaşımaları yeni aeroportdan həyata keçiriləcək. Aeroportun ərazisi 76 kvadratkilometrdir. Tam istifadəyə verildikdən sonra il ərzində 200 milyon sərnişinə xidmət göstəriləcək.

Nəqliyyat 2018-11-08 15:40:00