×
A
A
A
Sazlamalar

Seibukai kontakt karate üzrə açıq Bakı turnirinə yekun vurulub

Bakı, 8 noyabr, AZƏRTAC

Kürdəxanı İdman Zalında 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş seibukai kontakt karate üzrə açıq Bakı turniri keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən (BŞGİBİ) AZƏRTAC-a bildiriblər ki, müxtəlif yaş qrupunda 30 çəki dərəcəsi üzrə keçirilən yarışda paytaxtda fəaliyyət göstərən klubları təmsil edən 150-dən artıq idmançı iştirak edib.
Sonda hər bir çəki dərəcəsi üzrə qalib gələn idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

İdman 2018-11-08 12:34:00