×
A
A
A
Sazlamalar

Azərbaycanın Ukraynadakı səfiri və fəxri konsulu “Qarabağ” komandasının açıq məşqini izləyiblər VİDEO

Poltava, 7 noyabr, AZƏRTAC

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Poltavadakı fəxri konsulu Elşən Vəliyev “Qarabağ” futbol klubuna dəstək olmaq üçün komandamızın açıq məşqini izləyiblər.
AZƏRTAC xəbər verir ki, Aleksey Butovski adına stadionda təşkil olunmuş açıq məşq zamanı “Qarabağ” klubunun direktoru Əmrah Çelikəl üzərində Azər Xudiyevin və Elşən Vəliyevin adları yazılan komandanın formalarını onlara bağışlayıb.
Səfir A.Xudiyev Azərbaycan və yerli jurnalistlərə açıqlamasında “Qarabağ”ın çətin səfər oyunundan qalib gələcəyinə inandığını bildirib. “Qarabağ”ın Azərbaycanı avrokuboklarda uğurla təmsil etdiyini deyən diplomat oyunda soydaşlarımızın komandamızı fəal şəkildə dəstəkləyəcəklərini vurğulayıb.
Qeyd edək ki, noyabrın 8-də keçiriləcək oyun Bakı vaxtı ilə gecə saat 12-də başlanacaq.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Poltava

İdman 2018-11-07 23:50:00

Video