×
A
A
A
Sazlamalar

UEFA Gənclər Liqası: “Qəbələ” komandası “Herta” ilə qarşılaşıb

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də “Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, “qırmızı-qaralar” ikinci mərhələnin ilk oyununda Almaniya çempionu “Herta” ilə qarşılaşıb. Görüş qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb. Qəbələlilərin heyətində yeganə qolun müəllifi Əli Sadiqov olub. O, matçın 88-ci dəqiqəsində adını tabloya yazdırıb.
Komandalar arasında cavab oyunu noyabrın 28-də Berlində keçiriləcək. Qalib komanda pley-off mərhələsinə yüksələcək.
Xatırladaq ki, “Qəbələ” birinci mərhələdə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırmışdı – 1:1, 3:1.

 

İdman 2018-11-07 19:01:00