×
A
A
A
Sazlamalar

Fransa radiosunda azərbaycanlı ixtiraçıdan danışılıb

Paris, 6 noyabr, AZƏRTAC 

Fransanın “Radio chrétienne francophone” radiosunun “Yağış suyundan enerji istehsal edən qurğu” adlı verilişində gənc ixtiraçı Reyhan Camalovadan danışılıb.
AZƏRTAC xəbər verir ki, verilişdə 15 yaşlı azərbaycanlı ixtiraçının “Hər evi işıqlandıraq” devizi ilə hazırladığı "Rainergy" layihəsindən söz açılıb. Diqqətə çatdırılıb ki, “İstək” liseyində oxuyan Reyhan Camalova sinif yoldaşı və fizika müəllimlərinin köməyilə yağış suyunu enerjiyə çevirən qurğu layihəsini dörd ay müddətində hazırlayıb.
Daha sonra “Rainergy” qurğusu haqqında məlumat verilib. Malayziya, İndoneziya kimi musson yağışlarının çox olduğu ölkələrdə belə qurğunun elektrik xəttindən asılılığı azaltdığı və elektrikdən istifadə imkanını asanlaşdırdığı bildirilib. Hindistanda 21 faiz, Filippində 11 faiz əhalinin elektrikdən istifadə etmədiyi xatırlanaraq, bunun təkcə texnoloji deyil, həm də sosial innovasiya olduğu vurğulanıb. “Rainergy”nin digər enerji istehsal edən qurğulardan üstün olduğu diqqətə çatdırılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Texnologiya 2018-11-06 07:58:00