Albir Krqanov: Azərbaycan dinlərarası dialoq layihəsini böyük müvəffəqiyyətlə həyata keçirir
Madrid, 5 noyabr, AZƏRTAC
Azərbaycan bir neçə ildir dinlərarası dialoq layihəsini böyük müvəffəqiyyətlə həyata keçirir. Bu layihə həm unikal, həm də faydalıdır.
Bu sözləri Madriddə keçirilən “Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi” mövzusunda beynəlxalq konfransda Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi, RF İctimai Palatasının üzvü Albir Krqanov AZƏRTAC-a müsahibəsində söyləyib.
O deyib ki, hazırda əsas etibarilə dini rəmzlərlə müşayiət olunan yeni çağırışları və yeni təhdidləri müşahidə etdiyimiz bir vaxtda etiqadın və dinin əsaslarını vətəndaşlarımıza izah etməliyik.
A.Krqanov diqqətə çatdırıb ki, sovet dövründə bu cür tədbirlər partiyanın tapşırığı ilə keçirilirdi. Amma bu gün Azərbaycanın bu sahədə gördüyü işləri ictimai qurumların, dini təşkilatların hakimiyyət orqanları tərəfindən dəstəklənən təşəbbüsü adlandırardım.
Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisi deyib: “Bu tədbir Azərbaycanın müxtəlif dövlətlərdə keçirdiyi tədbirlərdə mənim heç də ilk iştirakım deyildir. Mən hər dəfə müasir problemlərin sosial zəmində həlli üçün məkan olan bu cür tədbirlərə böyük marağın şahidi oluram.
Belə tədbirlərin təşkili dövlətin dayanıqlı inkişafının göstəricisidir. Dövlət nə qədər dinamik inkişaf edirsə, bir o qədər çox dialoq qurur, müxtəlif mədəniyyətlərlə, dinlərlə ünsiyyətə girməkdən çəkinmir. Bu, sivilizasiyalararası dialoqdur. Bu gün beynəlxalq konfransda da söhbət bu barədə gedib. Bu da Azərbaycan hakimiyyətinin kamilliyini təsdiq edir”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib
Dövlət Komitəsi nəzir qutuları və ianələrlə bağlı əsassız ittihamlar səsləndirənlərə cavab verib
Azərbaycandakı dini konfessiya rəhbərləri Laçın yolundakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar