×
A
A
A
Sazlamalar

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Əsgər Novruz oğlu Novruzov   -

 
Naxçıvan Muxtar Respublikası
Ağır Cinayətlər Məhkəməsinin
hakimi
Mehman Dünyamalı oğlu      -
Allahverdiyev
 
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Şəhər Məhkəməsinin
hakimi
Əhliman Mehman oğlu      - 
Xıdırov
 
Naxçıvan Muxtar Respublikası
Kəngərli rayon Məhkəməsinin
sədri

 2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikası
 Milli Məclisinin Sədri                                       O.Əsədov

 

Bakı şəhəri, 2 noyabr 2018-ci il.

Qərarlar 2018-11-02 17:36:00