×
A
A
A
Sazlamalar

® “Orifleym Azərbaycan” – 20 illik tarixi olan uğur

Oktyabrın 27-də Bakıda “Orifleym Azərbaycan”nın fəaliyyətinin 20 illiyinə həsr olunan mətbuat konfransı keçirilib.

Tədbirdə bildirilib ki, 1967-ci ildə af Yoknik qardaşları şəxsi biznesə başlamaq və dünyanın istənilən ölkəsindən olan qadınların əldə edə biləcəyi məhsul istehsal edən kosmetik şirkət yaratmağa qərar verdilər. Beləliklə, “Orifleym” yarandı! Artıq 50 il keçib. Bu gün şirkət dünyanın 60-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq birbaşa kosmetik satış şirkətidir. Müasir texnologiyaların istifadəsi ilə yaradılmış təbii, qabaqcıl, isveçsayağı kosmetikadan ibarət geniş məhsul çeşidimizi “Orifleym”lə əməkdaşlıq edən məsləhətçilərdən ibarət satış gücü dünya bazarlarında realizə edir.
“Orifleym” pul qazanmağa başlamaq, arzu və planlarını həyata keçirmək istəyən insanlara öz biznesi ilə məşğul olmaq imkanı yaradır. “Bu gün qazan və sabah arzularını həyata keçir™” bizim biznes konseptimizdir.
“Orifleym”in Qafqaz ölkələri üzrə vitse-prezident “Orifleym Azərbaycan”ın direktoru Kemal Kaya bildirib ki, birlik, ruh və ehtiras – “Orifleym”i möhtəşəm şirkətlərdən biri olmasına səbəb olan əsas dəyərlərdir. Onlara əsaslanaraq biz inamla gələcəyə baxır və digərlərinə də dünyanı yaxşıya doğru dəyişməyə kömək edə bilirik.
Vurğulanıb ki, 50 illik elmi istehsal tarixinə malik 100-dən çox alimdən ibarət müasir elmi-tədqiqat mərkəzimizin komandası yeni, bazar və istehlakçıların tələbatına uyğun qabaqcıl və müasir məhsulların istehsalı üçün fasiləsiz olaraq qüsursuz həll və texnologiyalar axtarışındadır.
Hal-hazırda insanlar gözəlliyin – sadəcə kosmetika dolu bankalar olmadığını artıq anlayıblar. Müvafiq olaraq, "gözəlliyin daxilin və xaricin harmoniyası kimi" qəbul olunmasına doğru bir irəliləmə baş verib. Bir İsveç brendi kimi bizim üçün gözəllik hər zaman daha böyük anlam olmuşdur. Burada insanın həm necə göründüyü, həm də özünü necə hiss etdiyi çox vacibdir. “Həqiqi gözəllik – həm daxildən, həm də xaricdən daha yaxşıya doğru dəyişən bir həyat tərzidir”.
İsveç Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili Kristian Kamill şirkətin əldə etdiyi uğurlara görə, fəxr etdiklərini bildirib.
“Dünyada məşhur olan və Azərbaycanda da sevilən “Orifleym” şirkəti burada 20 ildir uğurla fəaliyyət göstərir. Şirkətimiz özünü beynəlxalq qlobal bazarda təsdiq etmiş İsveç şirkəti və bu ölkənin brendidir. Şirkət kosmetika məhsulları üzrə aparıcı yer tutur. Biz əldə etdiyimiz uğurlarımızla fəxr edirik. Buna görə də şirkətin kollektivinə təşəkkür edirəm”, - deyə Kristian Kamill söyləyib.
“Orifleym Azərbaycan”ın marketinq və satışa dəstək şöbəsinin rəhbəri Dürdanə Bağıyeva bildirib ki, bütün bu illər ərzində “Orifleym”ə, bizə və bizim keyfiyyətimizə inananlar, bizim etdiyimizə və bizim gözəllik həyat tərzi kimi baxışımıza inanan şəxslər bizimlə əməkdaşlığa davam etmiş, birgə inkişaf etmişdir.
“Zaman heç vaxt dayanmadığı kimi, bu 20 il ərzində “Orifleym Azərbaycan” da onunla birgə ümumi məqsədə doğru irəliləyir: hər gün ətrafımızdakı insanların həyatını dəyişmək, onu daha yaxşıya doğru istiqamətləndirmək, arzuları həyata keçirmək fəaliyyətimizin əsasını təşkil edir”.
“Orifleym Azərbaycan” şirkətinin ölkəmizdəki satış rəhbəri Alexey Liutko şirkətdə insanlara necə biznes qurub pul qazanmağın yolları barədə ətraflı danışıb.
“Şirkətimiz məhsulları istehsal edərək istehlakçılara təqdim edir. Əgər istehlakçılar məhsullarımızı məsləhətçilərdən alsalar, onları daha aşağı qiymətə əldə edə bilərlər. Biz bununla reklama daha az diqqət ayırmış oluruq. Bizim məhsullarımız istehlakçılara daha gözəl, cavan və sağlam qalmağa kömək edir.
Bizdə bir çox məsləhətçilər qeydiyyatdan keçib ki, onların əksəriyyəti məhsulları özləri üçün, digər şəxslər isə kataloqla məhsulları satış üçün sifariş verir. Bizim marketinq planımız var və bu uğur planı adlandırılır. Plana əsasən şəbəkədə olan lider hansı səviyyədə uğur qazanacağı göstərilir”.
Alexey Liutko qeyd edib ki, 2018-ci il “Orifleym Azərbaycan” şirkəti üçün əlamətdar bir tarixdir.
Xatırladaq ki, “Orifleym Azərbaycan” şirkətinin əsası rəsmi olaraq 1998-ci il fevralın 9-da qoyulub.
Zaman heç vaxt dayanmadığı kimi, bu 20 il ərzində “Orifleym Azərbaycan” da onunla birgə ümumi məqsədə doğru irəliləyir: hər gün ətrafımızdakı insanların həyatını dəyişmək, onu daha yaxşıya doğru istiqamətləndirmək, arzuları həyata keçirmək fəaliyyətimizin əsasını təşkil edir.
Bütün bu illər ərzində “Orifleym”ə inanan insanlar, bizə və bizim keyfiyyətimizə, bizim etdiyimizə inananlar və bizim gözəllik həyat tərzi kimi baxışımıza inanan insanlar bizimlə əməkdaşlığa davam etmiş, birgə inkişaf etmişdir.

Biznes 2018-10-29 11:20:00