×
A
A
A
Sazlamalar

Azərbaycan kənd təsərrüfatı naziri SIAL Paris sərgisində “Made in Azerbaijan” pavilyonunu ziyarət edib VİDEO

Paris, 22 oktyabr, AZƏRTAC 

Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov SIAL Paris Beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, nazir “Made in Azerbaijan” vahid ölkə pavilyonu ilə sərgidə iştirak edən 23 şirkətin nümayəndələri ilə görüşüb, şirkətlərimizin stendlərində nümayiş olunan məhsullarla tanış olub.
Sahibkarlar sərgilənən məhsullar haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, Azərbaycanın Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə şirkətlərimiz SIAL Paris Beynəlxalq ərzaq sərgisində iştirak edirlər.
Sərgi çərçivəsində sahibkarlarımız yerli distribüterlərlə görüşəcək və ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.
SIAL Paris Beynəlxalq ərzaq sərgisi oktyabrın 25-dək davam edəcək.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Biznes 2018-10-22 08:43:00

Video