×
A
A
A
Sazlamalar

Doqquz ayda toxuculuq sənayesi 53,3 faiz artıb

Bakı, 20 oktyabr, AZƏRTAC
Bu ilin doqquz ayında ölkənin toxuculuq sənayesi, geyim, dəri və dəri məmulatların, ayaqqabıların istehsalı sahələrində 246,3 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 53,3 faiz, dəri və dəri məmulatların, ayaqqabıların istehsalında 42,7 faiz, geyim istehsalında isə 1,6 faiz artım müşahidə olunub.

Sənaye 2018-10-21 12:17:00