×
A
A
A
Sazlamalar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək

Bakı, 19 oktyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 23-də Göyçay rayonunda vətəndaşları qəbul edəcək.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, qəbul Göyçay Rayon Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 68) saat 11:00-da keçiriləcək. Qəbulda Ucar, Zərdab, Kürdəmir və Göyçay rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
(DQİDK-nın bölgə şöbə müdiri: Əzim Rəfiyev. Mob: (050) 470-68-00, telefon: (02021) 3-05-78, e-mail: [email protected], [email protected]).

Din 2018-10-19 13:55:00