×
A
A
A
Sazlamalar

Serbiyalı tennisçi Novak Cokoviç "Shanghai Rolex Masters"in çempionudur

Bakı, 18 oktyabr, AZƏRTAC
Serbiyalı tennisçi Novak Cokoviç (dünyanın "3" nömrəli tennisçisi) "Shanghai Rolex Masters" turnirinin həlledici qarşıdurmasında reytinq cədvəlində 19-cu yeri tutan 21 yaşlı xorvatiyalı Borna Coriçə (6/3, 6/4) qalib gəlib.
AZƏRTAC xəbər verir ki, 96 dəqiqə ərzində Cokoviç rəqibindən bütün parametrlər üzrə üstün olub.
Bu qələbə Novak Cokoviçin reytinqini 1000 bal artırıb və ona 1 360 560 dollar mükafat qazandırıb.

İdman 2018-10-18 23:16:00