×
A
A
A
Sazlamalar

Badamdar sürüşmə sahəsində aktivlik dinamikası dəyişməz olaraq qalıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahdan verilən məlumata görə, Badamdar sürüşmə ərazisində saat 21:00-a olan monitorinqin nəticəsinə əsasən aktivlik dinamikası dəyişməz olaraq qalıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sürüşmə kütləsi üzərindəki xırda süxurların yola doğru hərəkəti müşahidə edilib. İndiki saata nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.

Ekologiya 2018-10-18 21:53:00