×
A
A
A
Sazlamalar

Bolqarıstanda jurnalisti qətlə yetirməkdə təqsirləndirilən şəxs ölkəsinə təhvil verilib

Sofiya, 18 oktyabr, AZƏRTAC

Almaniya bolqarıstanlı jurnalist, tanınmış televiziya aparıcısı Viktoriya Marinovanın qətlində şübhəli bilinən Severin Krasimirovu bu ölkəyə ekstradisiya edib. Onu gətirən təyyarə Sofiya aeroportuna enib. Təhlükəsizlik qüvvələri aeroportda gücləndirilmiş rejimdə fəaliyyət göstərib.
Ruse şəhərinə gətiriləcək S.Krasimirov təcavüz və qətldə ittiham olunur və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, tədqiqatçı jurnalist Ruse şəhərindəki parkda qətlə yetirilmişdi.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2018-10-18 21:17:00