×
A
A
A
Sazlamalar

Cəlilabadda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib. Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.
Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov, ilahiyyatçı ekspert Anar Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri və dindarlar iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov çıxış edərək şəhidlik və onun mahiyyəti ilə bağlı təşkil edilən silsilə tədbirlərin ölkəmizin mənəvi mühitinə müsbət təsir göstərdiyini qeyd edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Fondun yaranması və fəaliyyəti haqqında geniş məlumat verib. C.Əliyev bu gün Müstəqillik Gününün qeyd edildiyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin hər gün daha da gücləndiyini diqqətə çatdırıb.
İlahiyyatçı ekspert Anar Əliyev şəhidliyin milli-mənəvi şüurumuzdakı yeri və dini düşüncədə olan məqamı haqqında məruzə ilə çıxış edib.
Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Mahmud Əsgərov İslam dinində şəhidlərə böyük hörmət və ehtiram olduğunu bildirib.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Loğman Hüseynov maarifləndirmə işinin yüksək səviyyədə təşkil olunduğunu və mütəmadi xarakter daşıdığını vurğulayıb.

 

Regionlar 2018-10-18 17:39:00