×
A
A
A
Sazlamalar

Finlərin əksəriyyəti qış vaxtı rejimində həmişəlik qalmaq istəyir

Helsinki, 18 oktyabr, AZƏRTAC

Finlandiyada Avropa İttifaqının saatların çəkilməsindən imtina etmək qərarı ilə əlaqədar səsvermə keçirilib. Səsvermənin məqsədi hansı vaxta (qış yoxsa yay vaxtına) keçidi saxlamağı müəyyən etməkdir.
AZƏRTAC xəbər verir ki, Finlandiya Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin sifarişi ilə onlayn-platformada aparılan sorğunun nəticələri respondentlərin 52 faizinin qış vaxtını, 48 faizinin isə yay vaxtını üstün tutduqlarını göstərib.
Hər iki nəfərdən biri Skandinaviya ilə Avropa arasında vaxt fərqinin 1 saatdan çox olmamasını arzulayıb.
Sentyabrın 26-dan oktyabrın 12-dək aparılan elektron sorğuda 677 min nəfər iştirak edib.
Paralel olaraq keçirilən canlı sosial sorğunun nəticələri birinci sorğu ilə oxşar olub. Həmçinin məlum olub ki, respondentlərin 87 faizi saat əqrəblərinin çəkilməsindən imtinanı dəstəkləyib, əleyhinə isə 6 faiz çıxış edib. 47 faiz qış vaxtına keçidə, 39 faiz yay vaxtına keçidə səs verib, qalan 14 faiz isə öz mövqeyini müəyyənləşdirə bilməyib.
Finlandiya ilin 7 ayını yay vaxtında, 5 ayını isə qış rejimində yaşayır.


Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki

Dünya 2018-10-18 16:53:00