×
A
A
A
Sazlamalar

Neymar gələn ilin yayında PSJ klubunu tərk edə bilər

Bakı, 18 oktyabr, AZƏRTAC

PSJ futbol klubunun hücumçusu Neymar gələn ilin yayında komandadan ayrıla bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, klub rəhbərliyi və futbolçu arasındakı anlaşmaya əsasən, Neymar yay transfer dövründə 220 milyon avro müqabilində başqa komandaya transfer oluna bilər. Əgər transfer baş tutmasa, 2020-ci ildə bu məbləğ 200 milyon avroya enəcək.
Neymarın yenidən “Barselona”ya qayıdacağı gözlənilir. Əvvəllər “Real” klubunun da hücumçu ilə maraqlandığı bildirilirdi. Ancaq Madrid təmsilçisi rəsmi bəyanatla bu xəbəri təkzib edib.
Qeyd edək ki, braziliyalı futbolçu iki il əvvəl 222 milyon avro müqabilində “Barselona”dan PSJ-yə keçib.

 

İdman 2018-10-18 16:27:00