×
A
A
A
Sazlamalar

Metallurgiya sənayesində son 9 ayda 571,3 milyon manatlıq məhsul istehsal edilib

Bakı, 18 oktyabr, AZƏRTAC 

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-sentyabr aylarında 571,3 milyon manatlıq məhsul istehsal edilib, metallurgiya sənayesində 15,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 7,4 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində sahə üzrə 243,9 min ton (37,1 faiz çox) armatur,
7 528,2 ton (12,8 faiz çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, 605,3 ton (16,3 faiz çox) alüminium çubuqlar, millər və profillər, 1108,8 ton (11,0 dəfə çox) mayelər üçün çənlər və sisternlər istehsal edilib.

Tikinti̇ 2018-10-18 16:20:00