×
A
A
A
Sazlamalar

BMT Suriyaya yardım göndərib

İstanbul, 18 oktyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatı tərəfindən Suriyanın İdlib bölgəsinə yardım karvanı göndərilib.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, gəmi ilə gətirilən yardım Türkiyənin Hatay vilayətinin Reyhanlı limanında 30 ağır tonnajlı maşına yüklənib. Humanitar yardım karvanı BMT əməkdaşları və Türkiyə polisinin müşayiəti ilə Cilvegözü gömrük-keçid məntəqəsindən münaqişə bölgəsinə doğru hərəkət edib. Bildirilir ki, yardım bu gündən başlanaraq İdlib və ətraf bölgənin ehtiyac içində olan əhalisinə payalanacaq.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2018-10-18 16:00:00