×
A
A
A
Sazlamalar

Kitabxanada “Müstəqilliyimiz əbədidir” adlı “dəyirmi masa” təşkil olunub

Bakı,18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adı altında “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açaraq bildirib ki, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd, “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilib. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Qeyd edilib ki, müstəqilliyi elan edilmiş dövlətimiz çox mürəkkəb tarixi şəraitdə fəaliyyətə başlayaraq artıq 27 illik uğurlu yol keçib.
AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu mövzu ilə bağlı öz fikirlərini bildirib.
Yasamal rayon Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov çıxışında bildirdi ki, indi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, onun əbədiliyi qorunub saxlanır, inkişaf etdirilir. Azərbaycan bu gün həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Sonra kitabxananın əməkdaşı Rəvanə Məlikova şair Nəriman Həsənzadənin “Azərbaycan” şeirini səsləndirdi.
Tədbir boyu Azərbaycanın Dövlət Müstəqilliyinə həsr olunmuş videorolik nümayiş etdirilib. Sonda iştirakçılar “Müstəqil, azad Azərbaycan” adlı kitab sərgisinə baxıblar.

Mədəniyyət 2018-10-18 15:50:00