×
A
A
A
Sazlamalar

Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun və töküntü prosesləri müşahidə olunur VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC

Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvlərinin apardığı monitorinqin saat 15:00-a olan nəticəsi açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, ərazidə gərginlik davam edir. Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur. Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlifistiqamətli çatlar əmələ gəlib.

Ekologiya 2018-10-18 15:38:00

Video