×
A
A
A
Sazlamalar

Bakı Olimpiya Stadionunda UEFA-nın seminarı təşkil olunacaq

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 29-dan noyabrın 1-dək Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın seminarı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Məktəblərdə futbol” mövzusunda keçiriləcək seminarda AFFA ilə yanaşı, Litva, Moldova, Uels və Kosovo futbol federasiyalarının nümayəndələri iştirak edəcəklər.
UEFA-nın Kütləvi futbol üzrə məsləhətçiləri Mark Milton və Stuart Grieve, həmçinin Norveç Futbol Assosiasiyasının sabiq prezidenti, UEFA-nın fəxri üzvü, UEFA-nın Kütləvi futbol səfiri Per Ravn Omdal seminarın mövzusu ilə bağlı təcrübələrini bölüşəcəklər.

İdman 2018-10-18 15:31:00