×
A
A
A
Sazlamalar

Daşkənddəki “Turan” İnformasiya-Kitabxana Mərkəzinə Azərbaycanla bağlı kitab və jurnallar hədiyyə edilib

Daşkənd, 18 oktyabr, AZƏRTAC
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) paytaxtdakı “Turan” İnformasiya-Kitabxana Mərkəzinin yaranmasının 100 illiyi ilə bağlı təbrik edib və “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində mərkəzə kitab kolleksiyası bağışlayıb.
AZƏRTAC xəbər verir ki, kitablar arasında ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair AMM-nin özbək dilində Daşkənddə çap etdirdiyi çoxsaylı nəşrlər yer alır. Habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlər var.
Kitabxanaya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtakarlıqlarına dair tarixi faktlar əsasında yazılmış kitablar, jurnal və bukletlər də hədiyyə edilib.
AMM müntəzəm olaraq Özbəkistanın kitabxanalarına Azərbaycanla bağlı nəşrlər hədiyyə edir.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2018-10-18 15:26:00